Süd vəzilərinin təhlükəsiz və iri həcmdə böyüdülməsi ancaq implantlarla mümkündür.
Digər bütün yollar: piylə, gellə, vazelinlə – bunlar təhlükəlidir, qeyri-effektivdir, qısa müddətlidir, amma bır sıra uzunmüddətli problemlər gətirir. O problemlər ki, həlli ya mümkün deyil, ya da çox çətin və bahalıdır. Ona görə də ilk növbədə implantlar haqqında danışırıq.
Sinə böyütmək üçün silikon implantlar
Müasir implantlar “3-cü nəsil” implantlardır.
Onların səthi ikiqat silikondan ibarətdir. Bu səth hamar və ya nahamar olur. Elmi dildə buna “mikroteksturalı” deyilir. Daxildə isə yüksək kohesivlikdə silikon gel var.
Kohesivlik nə deməkdir?
Yəni, bütün silikon molekulları bir-birinə möhkəm bağlıdır.
Üst qat yırtılsa belə, gel kapsuldan kənara dağılmır.
Bu xüsusiyyəti onu vazelin və ya poliakrilamid və s. orqanizm üçün təhlükəli maddələrdən fərqləndirir.
İmplantın yerləşdirilməsi cəmi 3 nahiyədən kəsik aparmaqla mümkündür. Beləliklə qızların seçim etmək üçün düşünmələrinə ehtiyac yoxdur. Bu kəsik yeri süd vəzinin altından, areoladan və ya qoltuqaltı boşluqdan ola bilər.
Qabaqcadan qeyd edim ki, bu “sadə əməliyyat” – bütün bu kəsiklər və s. ancaq süd vəzinin sallanması (ptozu) olmayan qızlarda mümkündür. Amma bu haqda əlavə yazı olacaq. Hətta yəqin ki, bir neçə yazı… Çünkü çox mürəkkəb mövzudur.
Süd vəzinin altından kəsik aparmaqla silikon implant qoymaq
Beləliklə, əgər sallanma yoxdursa, hər zaman və hamı üçün ən uyğun variant süd vəzinin altından kəsik aparmaqdır. süd vəzinin altından kəsik aparmaqdır. Bu ən köhnə metoddur. O təhlükəsizdir və əməliyyat müddəti minimumdur. Amma qızların bəziləri bu kəsik yerindən sonra qalan izi xoşlamırlar.
Areola – süd vəzi giləsi kənarından kəsik aparmaqla auqmentasion mammoplastika
Növbəti variant areolanın kənarından kəsikdir. Bir yandan adama elə gəlir ki, bu kəsiyin izi çox da nəzərə çarpmayacaq. Lakin, digər tərəfdən, qadının çılpaq süd vəzinə baxdıqda çılpaq süd vəzinə baxdıqda areola diqqət mərkəzinə düşür.
Qoltuqaltı çuxurda kəsik aparmaqla süd vəzi böyütmə əməliyyatı
Digər variant isə, qoltuqaltından kəsikdir. Bu mənim sevdiyim variantdır. Çünki, əməliyyat izi burada dəri büküşləri arasında burada dəri büküşləri arasında burada dəri büküşləri arasında tez gözdən itir. Daha az nəzərə çarpır.
Amma təəssüf ki, bu variantın da müəyyən məhdudiyyətləri var. Döş qəfəsinin qeyri-bərabər olması kimi…
Sonra, bəzi peşələrdə (məsələn, rəqqasələrdə) əlləri yuxarı qaldırmaq tələb olunur…
Tibbi baxımdan bütün kəsik yerləri variantları eynidir
Anotomik fərqləri nəzərə almasaq, hər 3 kəsik yeri tibbi baxımdan, bərabər sayılır. Variantlardan hər birinin öz üstünlükləri var. Fərqli bədən quruluşuna, bədən tipinə sahib qızlarda bir variant digərindən daha yaxşı ola bilər. Ümumiyyətlə isə, aşağı-yuxarı bərabərdirlər.
Həkim pasiyentə bildirəndən sonra ki, “bütün variantlar bunlardır” – son qərarı pasiyent özü verməlidir. Pasiyyent əməliyyat izini bədəninin harasında görməyini qəbul edirsə, o variantı seçə bilər.
Leave a Reply