Estetik emeliyyatdan qabaq verilen analizler

Estetik əməliyyatlardan əvvəl niyə analiz veririk?

Adətən, cavanlar estetik əməliyyat edirlər. Estetik əməliyyatdan əvvəl analiz etmək lazımdır. Onlar isə onsuz da sağlam insanlardır. Bəs niyə plastik cərrahlar onları əməliyyatdan qabaq analizlərə göndərirlər? 

Məsələ ondadır ki, estetik əməliyyatlar nə təcilidir, nə də məcburidir. Yəni, heç yerə tələsmirik və əməliyyat etməsək də, heç nə itirmirik. Amma əmin olmalıyıq ki, əməliyyat etsək, təhlükəsiz keçəcək və əməliyyatdan sonra problemsiz sağalacağıq. Yəni əmin olmalıyıq ki, pasiyent sağlamdır. Onun orqanizmi əməliyyat travmasına dözəcək və əməliyyatdan sonra öz-özünü bərpa edə biləcək. 

Əlbəttə, daha tez sağalmaq üçün bizim kiçik köməyimiz olacaq. Amma ümumiyyətlə, orqanizm özü özünü bərpa edə bilməlidir. 

Buna əmin olmaq üçün də, biz təxminən 12 standart araşdırma aparırıq. Bu araşdırmalar orqanizmin əsas funksionallığını əhatə edir. Araşdırmalar nəticəsində əmin oluruq ki, orqanizmin problemsiz sağalma potensialı var. 

Ola bilər, pasiyent özünü tam sağlam hiss etsin. Düşünsün ki, onun heç bir xəstəliyi yoxdur. Amma bu o demək deyil ki, onun bilmədiyi hansısa bir xəstəliyi son bir neçə ayda başlamayıb və hələlik heç bir əlamət vermir. 

Ona görə də, bütün mümkün problemləri istisna edirik. Əvvəlcədən əmin oluruq ki, onların bütün orqan və sistemləri normal fəaliyyət göstərir. 

Yəni pasiyentlərin nə qədər möhkəm olduqlarını əməliyyatla sınamırıq. Əvvəlcə əmin oluruq, ondan sonra öz zəruri və təcili olmayan kapriz əməliyyatlarımızı icra edirik. Diqqətiniz üçün sağ olun.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *