Estetik əməliyyata psixoloji olaraq hazırammı?
Pasiyent estetik əməliyatı həmişə öz istəyilə etməlidir.
Plastik cərrahiyyənin fəlsəfəsi ondan ibarətdir ki, əməliyatın nəticəsi idealda ömürlük və yekun olmalıdır.
Estetik əməliyyat üçün motivasiya daxildən gəlməlidir
Cərrahiyyə həmişə müəyyən risklərlə bağlıdır. Başqasının sağlamlığını təhlükəyə atmaq əxlaqsızlıqdır. Ayrıca bir problem də həkimlərin özünün xəstəyə onun xarici görünüşündə nəyi dəyişməli olduğunu deməsidir ki, bu da başqa məsələdir.
Xarici motivatorun statusunun heç bir əhəmiyyəti yoxdur. İstər ən yaxın qohum, ən yaxşı dost, istərsə də işdəki rəhbər olsun… Cərrahi yolla bədənin dəyişdirilməsi qərarını yalnız onun sahibi, yəni insanın özü qəbul edə bilər. Qərar qəbul etmək üçün daxili motivasiya olmalıdır.
Həmçinin o, daimi və müsbət olmalıdır. Motivasiyanın daimiliyi onun zamana qarşı sabitliyini bildirir. Motivasiya stressə, şəxsi problemlərə, fəsillərə bağlı olaraq meydana gəlməməlidir.
Esetik əməliyyat qərarı ani verilməməlidir
Motivasiya uzun müddətə: aylarla, hətta illərlə əmələ gəlməlidir.
Müsbət motivasiya ilə estetik əməliyyat qərarı verilməlidir
Müsbət motivasiya xəstənin əməliyyat nəticəsində yeni bir şey əldə etmək ümidini ifadə edir. Bu, özünə inamın artması, həyat keyfiyyətinin yaxşılaşması, özünə güvən hissi və s. ola bilər.
Mənfi motivasiyadan fərqi odur ki, əməliyyatdan imtina edirsə, indiki vəziyyətini itirməkdən qorxduğu üçün yox, yeni bir şey əldə etmək niyyətinin olmamasına görədi.
“Əgər mən öz xarici görünüşümü dəyişməsəm, kimsə məni daha az sevəcək” demək düzgün deyil. Əgər bu təhdid başqasından gəlirsə, bu artıq xarici motivasiyadır.
Əməliyyata motivasiya daxili, daimi və müsbət olmalıdır. Onda nəticə sevindirici olacaq.
Leave a Reply