Estetik emeliyyatda xeste memnuniyyeti

Estetik əməliyyatın məqsədi və pasiyent məmnuniyyəti

Plastik əməliyyata qərar vermiş pasiyentin məqsədi əməliyyatın nəticəsindən məmnun qalmaqdır. Cərrahın məqsədi isə, bu məmnuniyyəti təmin etməkdir. Bu məsədlərə çatmaq üçün, bir neçə şərtə əməl etmək lazımdır. 

Pasiyent gözlədiyi nəticə dəqiq ifadə etməlidir

Birincisi, pasiyent əməliyyat nəticəsində həllini istədiyi texniki tapşırığı çox dəqiq ifadə etməlidir. 

Cərrah əldə olunacaq nəticəni dəqiq izah etməlidir

İkincisi, cərrah əməliyyatın nəticəsində nə əldə olunacağını maksimum dəqiq izah etməlidir. 

Planlaşdırılan əməliyyatın nəticəsini pasiyentə maksimum dəqiq çatdırmaq üçün müxtəlif alətlərdən istifadə olunur: xətkeşlər, güzgülər, hətta bəzən Photoshop, bədən konturlarında dəyişikliyi modelləşdirmək məqsədlərlə istifadə etdiyimiz ölçü dəstləri və s. 

Nadirən pasiyentlər nə alınacağını 100% başa düşürlər. Amma onların beynində dəyişməyən bir təsəvvür olmalıdır. Əməliyyat nəticəsinə maksimum yaxın təsəvvür. 

Əgər konsultasiya zamanı cərrah görürsə ki, pasiyent əldə olunacaq nəticəni təsəvvür edə bilmir, belə halda əməliyyatın məqsədəuyğun olub olmadığını düşünməyə əsas verir. 

Əməliyyatdan sonrakı reabilitasiya dövrü haqqında pasiyenə ətralı məlumat verilməlidir

Sonra… Əməliyyat öncəsi konsultasiyanın məqsədi pasiyentə maksimum dəqiqliklə cərrahi travma nəticəsndə əməliyyatdan sonraki yaxın dövrdə mümkün olan bütün şikayət və narahatlıqlar barədə məlumat verilməsidir. 

Pasiyentlərin bu keçici çətinliklərdən qorxmamaları üçün bu barədə əməliyyatdan qabaq konsultasiya vaxtı ətraflı danışmaq lazımdır. Belə olanda pasiyentlər buna daha sakit yanaşırlar və ümumiyyətlə bunu böyük problem hesab etmirlər, hətta yara yeri sağalıb qurtardıqdan sonra bu barədə xatırlamırlar belə. 

Əgər bütün bu 3 şərtə əməl etsək, əməliyyat nəticəsindən məmnunluq 99 faizə çatır, hansı ki, dünyada bütün cərrahların fəxr etdiyi rəqəmdir. 

Çünki, təəssüf ki, narazı pasiyentlər həmişə olur. Cərrah daha çox əməliyyat etdikcə də onların sayı da artır. Amma nisbi rəqəmlərlə götürdükdə onlar həmişə az olmalıdır. İdealda isə, biz çalışırıq ki, 100% müştərilər məmnun olsun. 

Əməliyyatdan sonra pasiyenti alınan nəticəyə razı salmağa çalışmaq manipulyasiya cəhdidir

Əgər pasiyentlə yetəri qədər işləsək, əməliyyatdan öncə və pasiyentin əməliyyatdan sonrakı nəticə barədə təəsəvvürünün formalaşmasına təsir etsək, əməliyyat icra olunmadan öncə, bax bu, hərtərəfli işdir. 

Amma əgər bunu əməliyyat icra olunduqdan sonra etməyə çalışsaq, bu artıq asiyentin nəticə haqqında fikirlərini manipulyasiya etməkdir. Bunun yeri yoxdur. 

Beləliklə, əgər bütün sadalanan qaydalara riayət edilsə, və maksimum hərtərəfli hazırlaşılsa və pasiyent psixoloji olaraq hazırlansa, əməliyyatın planlaşdırılan nəticəsinə və mümkün olan keçici çətinliklərə, o vaxt pasiyentin məmnuniyyətini qazanmaq ehtimalı maksimum olacaq. Bu isə əməliyyat icra edəkən cərrahın əsas vəzifəsidir. 

Pasiyentin hədəfi əməliyyatın nəticəsindən məmnun qalmaqdır, cərrahınki isə bunu təmin etməkdir.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *