Göz altındakı torbaların tebii yolla müalicesi

Göz altındakı torbaları ev şəraitində aradan qaldırmaq mümkündürmü? 

Göz altındakı torbaları ev şəraitində aradan qaldırmaq üçün bunları yoxlaya bilərsiniz: 

1. Pəhriz saxlayın

Yağlı, duzlu, ədviyyatlı qidaları və spirtli içkiləri azaldın. Bütün bunlar suyu bədəndə saxlayır və göz altında torbalar əmələ gətirir. 

2. Gözətrafı krem istifadə etməyin

Gecələr göz ətrafına krem çəkməyin. Krem məsamələri doldurur və “parnik” effekti yaradır. 

3. Buz tətbiq edin

Səhərlər gözlərinizə 3 dəqiqə buz torbaları və ya soyuq bir şey qoyun. Məsələn, soyuducuya qoyub soyutduğunuz metal qaşıqdan istifadə edə bilərsiniz. 

4. Üz masajı edin

Mezorollerlərlə və ya əllərinizlə üz masajı edin. Bu nasos kimi işləyir və suyu oradan kənarlaşdırır. 

5. Yuxu rejiminizə fikir verin

Yuxu rejiminizə fikir verin. Amma üzü üstə yatmayın. Yeri gəlmişkən, əgər yaxşı yatmırsınızsa, yuxusuz qalırsızsa, əsas probleminiz gözünüzün altındakı torbalar olmayacaq. 

Bütün bu məsləhətlər təkcə gözlərinin altında şişlik olan, başqa ciddi şikayətləri olmayan sağlam insanlarda işləyir.

Əgər 2 həftə bunları tətbiq edirsizsə, amma torbalar hələ də getməyibsə, onda kosmetoloq və ya plastik cərraha müraciət etməyiniz məsləhətdir.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *