Plastic Chebotar kimdir?

Plastic Chebotar

Mənim adım Çebotar Viktor İqoreviçdir. Mən plastik və rekonstruktiv cərraham.

Mənim onkoloji, təcili cərrahiyyə sahəsində də təcrübəm var. Heç vaxt məşğul olmasam da kosmetologiya ilə bağlı məsələlərlə də ətraflı tanışlığım var. Kosmetologiyanı yaxşı bilirəm, çünkü anam kosmetoloqdur və beləcə mən plastik cərrahiyyəyə gəldim.

İnternatura pilləsi

İnstitutu bitirdikdən sonra ümumi cərrahiyyə üzrə internaturanı başa vurdum. Burada mən xüsusi olaraq ümumi cərrahiyyə məsələlərini, ümumilikdə cərrahiyyəni və bütün təcili cərrahiyyənitravmatologiyanı öyrəndim. Bundan başqa reanimasiya sahəsində bir az təcrübə əldə etdim.

İnternaturadan sonra 1 il təcili cərrahiyyə xidmətində növbətçi cərrah kimi işlədim. Həmçinin mən planlı cərrahiyyə şöbəsində işlədim.

Burada biz xolisistektomiya, bağırsaq plastik cərrahiyyəsi, yırtıq əməliyyatları, aşağı ətrafların damarlarının götürülməsi kimi ümumi cərrahiyyə əməliyyatları edirdik.

Plastik cərrahiyyəyə necə gəldim?

Sonra məlum oldu ki, sən demə xəstəxanamızda baş həkimin tibbi məsələlər üzrə müavini çox yaxşı plastik cərrah imiş. Mənim anam kosmetoloq olduğuna görə mənim bu həkimin yanında praktika keçmək üçün xahiş etməyə cəsarətləndirdi.

Ordinatura pilləsi

Amma əvvəlcə plastik cərrah diplomu almaq lazım idi və mən plastik və rekonstruktiv cərrahiyyə sahəsi üzrə ordinatura təhsili üçün 2 illiyinə Moskvaya – Diplomdan sonra tibbi təhsil üzrə Rusiya akademiyasına getməli oldum.

Nijni Novqorod həyatım

2018-ci ildə ordinaturanı başa vurduqdan sonra Nijni Novqoroda getdim və Nijni Novqorod şəhəri Persona klinikasında plastik və rekonstruktiv cərrahiyyə şöbəsində işləməyə başladım. Burada 3 il işlədim. Biz əsasən estetik cərrahiyyə ilə məşğul olurduq, ən nadir rekonstruktiv əməliyyatlar icra edirdik.

Moskvaya köçdüm

Daha sonra mən Moskvaya köçdüm. Burada Moskva Vilayəti Onkoloji Dispanserinin Onkologiya şöbəsində baş və boyun sahəsində plastik və rekonstruktiv cərrahiyyə ilə məşğul oldum. Paralel olaraq özəl klinikalarda işləyərək estetik cərrahiyyə üzrə əməliyyatlar icra etdim.

Rinoplastikadan başqa hər şey

Ümumilikdə, estetik və kosmetik əməliyyatlar spektrindən bütün əməliyyatları etdim. Təkcə rinoplastikadan başqa… Düzdür, bir neçə dəfə bu əməliyyatı icra etmişəm və yüzlərlə dəfə başqa həkimlərin icra etdiyi rinoplastika əməliyyatlarını izləmişəm. Amma yenə də bu əməliyyatı öz praktikamdan çıxarmışam. Çünkü… Çünkü, bu əməliyyat mənim xoşuma gəlmir.

Mikrocərrahiyyə təcrübəm

Əlavə olaraq mən 71 Nömrəli Şəhər Xəstəxanasında işləmişəm. Burada biz yuxarı ətrafların rekonstruktiv əməliyyatlarını icra edirdik. 71 nömrəli xəstəxanada işləyərkən mikrocərrahiyyə sahəsində təcrübə əldə etdim. Biz barmaqların və qolun digər seqmentlərinin replantasiya əməliyyatlarını icra edirdik. Bu çox maraqlı idi. Düzdür, təəssüf ki, bunlar estetik cərrahiyyədə az tətbiq olunur. Amma yenə də, bu təcrübəmlə qürur duyuram və bu işin texinki tərəfi mənim çox xoşuma gəlirdi.

Bakıya necə gəldim?

Mən həmişə bir cənub ölkəsində yaşamaq istəmişəm, dəniz kənarında bir şəhərdə və bu istiqamətdə araşdırmalar edirdim. Elə alındı ki, bizim məktəbdə çoxlu azərbaycanlı dostlarım oxuyurdular və hələ məktəb vaxtı mən azərbaycanca xeyli söz bilirdim.

Düzdür, mən heç vaxt Bakıda olmamışdım, amma şəhər barədə xeyli eşitmişdim. Burada Formula 1 yarışlarının keçirildiyini bilirdim və bunun kimi bir çox maraqlı hadisələrin… Və mən artıq Bakıdayam və burada işləyirəm.